XalqXəbər.Az

Kataloniya hökuməti Messini mükafatlandıracaq

yüklənir...
Kataloniya hökuməti Messini mükafatlandıracaq
30-04-2019, 23:50
yüklənir...

"Barselona"nın kapitanı Lionel Messi mükafatlandırılacaq.

İspaniya mətbuatına istinadən yaydığımız xəbərə görə, argentinalı superulduz Kataloniya hökumətinin "Müqəddəs Xordi Xaçı" mükafatına layiq görülüb. Artıq muxtar vilayətin ali özünüidarə qurumu direktorlar şurasının təşəbbüsünü dəstəklədiyini açıqlayıb.

Messi bütün zamanların ən yaxşı idmançısı olduğu üçün sözügedən mükafatı alacaq. Bundan başqa, futolçunun xeyriyyə sahəsindəki xidmətləri də qeyd olunub. Messinin öz adını daşıyan fond Barselonada pediatrik onkoloji mərkəzin tikilməsinə dəstək verib.

Qeyd edək ki, 1981-ci ilin 18 dekabrında təsis olunan "Sant-Xordi Xaçı" mükafatına Messidən əvvəl Yohan Kroyff da layiq görülüb.
скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.