XalqXəbər.Az

Taleh Heydərovun yerinə o təyin olundu

yüklənir...
Taleh Heydərovun yerinə o təyin olundu
18-04-2019, 23:04
yüklənir...

"Qəbələ" İdman Klubunun prezidenti vəzifəsinə yeni təyinat olub.

Klubun saytına istinadən xəbər veririk ki, Tale Heydərovun bir müddət əvvəl istefasından sonra klubun prezidenti vəzifəsini Fariz Nəcəfov icra edəcək.

2008-ci ildən klubda vitse-prezident kimi fəaliyyət göstərən Fariz Nəcəfov təyinatla bağlı bunları deyib: "Qəbələ" İdman Klubunun prezidenti olmaq mənim üçün böyük şərəfdir. Mən Tale Heydərovun başladığı və uzun illər ərzində yüksək səviyyəyə qaldırdığı işi layiqli şəkildə davam etdirməyə çalışacaq, akademiyamızda gələcəyin çempionlarının yetişməsi üçün əlimdən gələni edəcəyəm".
Fariz Nəcəfovun prezident postuna təyin olunması ilə bağlı Tale Heydərov bunları deyib:
"Mənim üçün getmək zamanı gəlmişdi və Fariz Nəcəfovun yeni prezident olmağını açıqlamaqdan məmnunluq duyuram. 13 il ərzində klubun inkişafını görmək möhtəşəm idi və buna görə bir daha klubun kollektivinə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm - bilirəm ki, onlar daha da irəli gedəcəklər".
Qeyd edək ki, Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.