XalqXəbər.Az

Salaha "terrorçu" dedilər

yüklənir...
Salaha "terrorçu" dedilər
12-04-2019, 15:56
yüklənir...

"Çelsi” klubunun bir neçə azarkeşi “Liverpul”un hücumçusu Məhəmməd Salahı təhqir ediblər.

Britaniya mətbuatına istinadən verdiyimiz məlumata görə, hadisə dünən London təmsilçisinin “Slaviya” ilə Çexiyada keçirdiyi Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunundan (1:0) əvvəl baş verib.

Bununla bağlı video İnternetdə yayılıb. Videoda Praqadakı barlardan birində ingilis azarkeşlərin Məhəmməd Salahı terrorçu adlandırdıqları görünür.

Hadisədən dərhal sonra “Çelsi” araşdırmaya başlayıb və Salahla bağlı bu ifadələri işlədən üç fanatın şəxsiyyətini müəyyənləşdirib. Onlar oyuna buraxılmayıblar. Digərlərinin kimliyini aydınlaşdırmaq isə mümkün olmayıb.

“Çelsi” və “Liverpul” azarkeşlərin bu hərəkətini pisləyib.

Hadisənin videosunu təqdim edirik:

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.