XalqXəbər.Az

Kəmaləddin Heydərovun oğlunu vəzifədən uzaqlaşdıran səbəblər — Yaxud "Qəbələ"də böhran niyə dərinləşdi ?

yüklənir...
Kəmaləddin Heydərovun oğlunu vəzifədən uzaqlaşdıran səbəblər — Yaxud
10-04-2019, 21:59
yüklənir...

Artıq məlum olduğu kimi, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov "Qəbələ" klubundan istefa verdi.

Nazirin böyük oğlu Tale Heydərov 20 yaşından “Qəbələ” Futbol Klubunun prezidenti idi. 2013-cü ildən isə klubun bazası əsasında yaradılan “Qəbələ” İdman Klubunun prezidenti vəzifəsini də icra edirdi.
Son illərdə ölkə futbolunun əsas klublardan biri kimi Azərbaycanı ard-arda Avropa kuboklarında təmsil edən "Qəbələ" bir anda məşhurluq tapmağa başladı. Avropa, "Qarabağ" və "Neftçi"dən sonra "Odlar Yurdu"nun daha bir komandasını tanımağa başladı. "Qəbələ"nin Avropa Liqasında iki mövsüm dalbadal qrup mərhələsinə yüksəlməsi kluba böyük pulların axınına gətirib çıxardı. Məhz bunun hesabına transfer bazarında legioner futbolçuları almaq mümkün olurdu. Tale Heydərovun prezidenti olduğu klub həm buna görə, həm də sahib olduğu biznesə görə komandaya milyonlar məbləğində vəsait yatırırdı.
Bu gedişat təqribən iki il bundan öncəyə kimi davam etdi. O zaman "Qəbələ"də işlərin heç də yaxşı getmədiyini görən klub rəhbərliyi legionerlərlə yollarını ayırmalı oldu. Bu artıq maliyyə sıxıntılarından xəbər verirdi. Ötən il isə baş məşqçi ukraynalı Roman Qriqorçukun yola salınması, əvəzində yerli mütəxəssisə üstünlük verilməsi maliyyə məsələsində böhranın dərinləşdiyini göstərdi. Bundan, başqa, Qriqorçukun dönəmində çempionluğa oynayan komandanın futbolçularının maaşı dəfələrlə gecikdirilirdi. Hətta məsələ o həddə çatmışdı ki, əsas komanda aylarla maaş üzünə həsrət qalırdı.
Cari mövsümün başlanğıcında isə klubda məsələnin daha ciddi olduğu ortaya çıxdı. Belə ki, Topaz Premyerliqasında iştirak edən bütün klubların əvəzedici komandaları 1-ci diviziona qatılsa da, "Qəbələ" bundan imtina etdi. Elə həmin zaman klub rəhbərliyi əlavə maliyyə itkisinə yol verməmək üçün belə qərar verməyə məcbur qaldı. AFFA və PFL, "Qəbələ" rəhbərliyini fikrindən daşındırmaq üçün danışıqlar aparsa da, məsələ müsbət sonluqla yekunlaşmadı. Rəhbərlik hər nə qədər maliyyə məsələsinə toxunmasa da, hər şey gün kimi aydın idi.
Məlum istefa isə sonun başlanğıcı kimi qəbul oluna bilər. Yəni, proseslərin bu cür gedişi Kəmaləddin Heydərovun tabeliyində olan klubun dağılması ehtimalını daha da artırır.

Demokrat.Azскачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.