SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Messi bu göstəriciyə görə Ronaldunu üstələdi

Messi bu göstəriciyə görə Ronaldunu üstələdi

Tarix:

3-04-2019, 12:11

/ 1 303 dəfə oxundu.
Messi bu göstəriciyə görə Ronaldunu üstələdi

Argentinalı hücumçu Lionel Messi İspaniya çempionatında cərimə zərbəsindən vurulmuş qolların sayına görə “Real”ın keçmiş hücumçusu Kriştianu Ronaldunu üstələyib.

Bu barədə “Sovetski sport” yazır.

İspaniya çempionatının 30-cu tur matçında “Villareal”a qarşı keçirilən matçda “Barselona”lı forvard cərimə zərbəsindən baxımlı qola imza atıb. Bu, onun “La Liqa”da standartlardan vurduğu sayca 81-ci qol sayılır.

Madridin “Real” klubunun sıralarını tərk edənə qədər Ronaldunun göstəricisi 80 qol olub (19 cərimə zəbəsindən, o cümlədən, 61 penaltidən).

Şərhlər

XƏBƏR LENTİ