yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Güləşçilərimiz Türkiyədən 2 qızıl medalla qayıdır

Güləşçilərimiz Türkiyədən 2 qızıl medalla qayıdır
13-03-2017, 10:38 312 dəfə baxılıb
yüklənir...

Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 45-ci beynəlxalq turnir keçirilib.

Xalqxeber.Az xəbər verir ki, baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərliyi altında yığma komandanın 5 üzvü turnirdə mübarizə aparıb. Güləşçilərimiz turniri 2 qızıl və 1 gümüş medalla başa vurub.

Qızıl medalları yığmamıza Qalib Əliyev (61 kq) və Aslanbek Alborov (97 kq) qazandırıb. Hər iki güləşçimiz finalda Türkiyə təmsilçisindən üstün olub. Qalib Əliyev Abdi Zurnaçını 4:1 hesabı ilə üstələdiyi halda Aslanbek Alborov Rza Yıdırımı vaxtından əvvəl 12:2 hesabı ilə məğlub edib.

57 kq-da mübarizə aparan Mahir Əmiraslanov isə Türkiyə idmançısı Süleyman Atlı ilə final görüşündə uduzaraq gümüş medalla kifayətlənib.

Komanda hesabında yığmamız Türkiyə və Rusiyadan sonra üçüncü pillədə qərarlaşıb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov ölkəmizi təmsil edib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ