SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Ronaldo üçün 23 ay həbs və 18,8 milyon cərimə - Məhkəmə qərar verdi

Ronaldo üçün 23 ay həbs və 18,8 milyon cərimə - Məhkəmə qərar verdi

Tarix:

22-01-2019, 16:51

/ 1 021 dəfə oxundu.
Ronaldo üçün 23 ay həbs və 18,8 milyon cərimə - Məhkəmə qərar verdi

Madrid Məhkəməsi ulduz futbolçu Ronaldo barəsində qərar qəbul edib.

Xarici mətbuata istinadən xəbər veririk ki, vergilərdən yayınmaqda ittiham olunan futbolçu haqqındakı ittihamları qəbul edib. Kristianp Ronaldo 4 ayrı vergi cinayətinə görə 18,8 milyon avro cərimələnib. Ronaldoya həmçinin 23 aylıq şərti həbs cəzası kəsilib. O, yenidən cinayət törətməyəcəyi halda həbsxanada yatmayacaq.

Ronaldo və ailə üzvləri məhkəmədə iştirak edib. Ulduz futbolçunun məhkəmə binasına daxil olarkən gülümsəməsi diqqətlərdən yayınmayıb. Polis onun üçün xüsusi təhlükəsizlik koridoru yaradıb.

Qeyd edək ki, 2009-2018-ci illərdə "Real"da çıxış edən və ötən yay "Yuventus"a transfer olunan Ronaldo imic haqqlarından əldə etdiyi gəlirləri offşor hesablarda saxladığı üzə çıxmışdı.

Şərhlər

XƏBƏR LENTİ