SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Fazil Məmmədovun dağılan qurumundan ETİRAZ

Fazil Məmmədovun dağılan qurumundan ETİRAZ

Tarix:

9-01-2019, 20:12

/ 977 dəfə oxundu.
Fazil Məmmədovun dağılan qurumundan ETİRAZ

Keçmiş vergilər naziri Fazil Məmmədovun rəhbəri olduğu Azərbaycan Otüstü Hokkey Federasiyası uzun müddətdir fəliyyət göstərmir. Ancaq qurumdan rəsmi olaraq fəaliyyətini dayandırması ilə bağlı heç bir məlumat verilmir və rəsmi mənbələrdə bu federasiyanın adı işləyən qurum kimi göstərilir.

Bununla bağlı Azərbaycan Otüstü Hokkey Federasiyasının baş katibi Adil Paşayevlə əlaqə saxladıq. Unikal.org-a açıqlama verən keçmiş baş katib bildirib ki, federasiya fəaliyyətini dayandırıb və hazırda işsizdir:

“3 il yarımdır heç bir yerdə çalışmıram. O qədər nəticələr verməyimizə baxmayaraq indi bu idman növü yoxdur. Olimpiadaya düşməyə bir addım qalmışdı.
35 ilimi bu idman növünə həsr etmişəm. Amma 3 il yarımdır heç kim mənimlə maraqlanmır, soruşmur ki, nə işlə məşğulam. İndi bu növündə nə idmançı var, nə də klub kimi fəaliyyət göstərir”.

Şərhlər

XƏBƏR LENTİ