XalqXəbər.Az

Rəhbərsiz qalan "Kəpəz"də maaşlar da verilmir - Elmar Vəliyevin oğlunun gedişindən sonra...

yüklənir...
Rəhbərsiz qalan
21-12-2018, 11:57
yüklənir...

Faktiki olaraq rəhbərsiz qalan "Kəpəz"də maaşlar da verilmir.

Fanat.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubunun futbolçuları və texniki heyətinə hələ noyabr ayının maaşı da verilməyib. AFFA-dan hər dəfə "yaxın günlərdə" məvaciblərin ödəniləcəyi ilə bağlı vədlər verilsə də, əməl olunmur. Halbuki, AFFA-dan maliyyələşən digər I divizion klublarında noyabrın maaşları artıq verilib.
Komissiyasız və sığortasız Daxili ipotekaya müraciət edin.

Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevin "Kəpəz"in Müşahidə Şurasının rəhbərliyindən istefa verəndən sonra onun kluba rəhbərlik edən adamları da işdən çıxarılıb. Hazırda "Kəpəz"in rəhbərliyində heç kim təmsil olunmur. AFFA-nın kluba yeni rəhbər təyin edəcəyi deyilsə də, bu baş verməyib.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.