XalqXəbər.Az

QNET “Mançester Siti” ilə yeni müqavilə imzaladı - Foto

yüklənir...
QNET “Mançester Siti” ilə yeni müqavilə imzaladı - Foto
18-11-2018, 12:18
yüklənir...

Beynəlxalq şirkət olan QNET “Mançester Siti” ilə əlaqələrini inkişaf etdirməyə davam edir. 2014-cü ildən etibarən şirkət İngiltərə Premyer Liqasının hazırkı çempionu olan kişi futbol komandasına sponsorluq edir. İndi QNET qadınlar komandası - Qadın Super Liqası 1-in qalibi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Tərəfdaşlıq Malayziyada keçirilən illik VCON konfransında açıqlanıb. Möhtəşəm tədbirdə komandanın yüksələn ulduzu Polina Bremer iştrak edib. O, VCON iştirakçıları üçün dünya futbolunda qadın futbolunun populyarlığının artması barədə danışıb.

Müqavilə üç il davam edəcək. Müqaviləyə əsasən, QNET müstəqil nümayəndələrin və daimi müştərilərinin idmançılarla görüşlərini təşkil edə bilər. Beləliklə, şirkət sağlam həyat tərzinin dəyərlərini təbliğ edə biləcək.

Qevin Makel “Mançester Siti” qadın komandasının başçısı:

"Biz bu industriyanın lideri olan QNET ilə əməkdaşlıq etməyə şadıq. Qadın futbolu inkişaf edir. QNET-lə birgə iş fəaliyyətilə biz qadın futbolunun sehrini daha çox insanlara çatdıracaq və bizim fanatlarımıza bizə daha yaxın olmaq imkanı vermiş olacağıq”.

Trevor Kuna QNET şirkətinin icraçı direktoru:

"QNET artıq 20 ildir ki, sahibkarları həvəsləndirir. Bizim “Mançester Siti” ilə qovuşmağımızla həqiqətən fəxr edirik . Bu, bizim üçün əhəmiyyətli bir addımdır. Bu QNET-in dünyada qadınların səlahiyyətlərinin genişləndirilməsi istiqamətində irəlilədiyini göstərən bir işarədir".

QNET haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, bu məqalə QNET, birbaşa satış sənayesi haqqında və QNET ilə bağlı ən populyar sualların cavablarına dair daha ətraflı məlumat verməyə kömək edəcəkdir.

QNET Malayzia, Sinqapur, Filippin, İndonezia və BƏƏ nin Birbaşa Satış Asossiasiyalarına daxil olmaqla yanaşı, bütün dünyada müxtəlif idman sahələrində aktiv sponsorluq edir. Belə sponsorluqlardan ən əhəmiyyətlisi “Mançestr Siti” futbol klubunun həm kişi, həm də qadın komandalarının, eyni zamanda Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi birbaşa satış partnyoru olmasıdır.

2018-ci ilin sentyabrında 20 illiyini qeyd edəcək industriyanın nəhənglərindən biri QNET şirkəti Asiyanın möhtəşəm birbaşa satış nəhəngi olaraq, müştərilərinə və Müstəqil Nümayəndə adlanan distribüterlərinə həyat səviyyəsini yüksəldən geniş çeşiddə məhsullarını təklif edir. Şirkətin dünya üzrə 25 ofis və agentlikləri, habelə 50-dən çox loqistika mərkəzləri vardır ki, bunlar da müxtəlif ölkələrdə yerləşir. BƏƏ-də QNET-in 3 yerdə qərargahı vardır: Dubay və Əbu-Dabidə ofisləri, Dubayda yerləşən loqistika mərkəzi.

Asiyanın birbaşa və elektron satış üzrə nəhəng şirkəti olan QNET 100-dən çox ölkədə fəaliyyət göstərən müstəqil nümayəndələr adlandırdığı distribüterlərini onlayn satış platforması vasitəsilə müxtəlif növ məhsullarla təmin edir. 25 ölkədə şirkətin ofis və agentliyi var.

QNET Malayziya, Sinqapur, Filippin və İndoneziyanın Birbaşa Satış Assosiasiyasının üzvüdür. Bundan əlavə, o, həmçinin Hon-Konq Sağlam Qida Assosiasiyanın və Sinqapurun Ləvazimatlar Sənayesi Assosiasiya kimi müəssisələr arasında özünə məxsus yer tutur.

QNET həmçinin korparativ ictimai məsuliyyəti ilə də seçilir. Buna dünyanın hər yerində keçirdiyi xeyriyyə aksiyaları dəlalət edir. Belə aksiyalar əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqlara, cəmiyyətin inkişafına və cəmiyyətin rifahının yüksəlməsinə istiqamətlənir.Sözügedən xeyriyyə aksiyaları həmçinin Azərbaycanda da mütəmadi olaraq keçirilir. Buna misal olaraq, ölkənin hər milli bayramlarında Ümid Yeri Uşaq Evinə yardım edilir.
QNET “Mançester Siti” ilə yeni müqavilə imzaladı - Foto
QNET “Mançester Siti” ilə yeni müqavilə imzaladı - Foto
QNET “Mançester Siti” ilə yeni müqavilə imzaladı - Foto

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.