XalqXəbər.Az

Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşüb

yüklənir...
Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşüb
3-10-2018, 17:44
yüklənir...

Bu gün İsveçrənin Sürix şəhərində FIFA və AFFA rəhbərliyi arasında görüş keçirilib.

AFFA-nın rəsmi saytına istinadən xəbər veririk ki, FIFA-nın prezidenti Canni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında keçirilmiş görüşdə Azərbaycan futbolu ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Rövnəq Abdullayev bu il Rusiyada keçirilmiş dünya çempionatının yüksək səviyyə təşkil olunması ilə bağlı Canni İnfantinonu təbrik edib. FIFA və AFFA arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.