SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Xaqani Məmmədov vəzifədən çıxarıldı - Yerinə əcnəbi sədr gətirildi

Xaqani Məmmədov vəzifədən çıxarıldı - Yerinə əcnəbi sədr gətirildi

Tarix:

14-09-2018, 15:31

/ 1 696 dəfə oxundu.
Xaqani Məmmədov vəzifədən çıxarıldı - Yerinə əcnəbi sədr gətirildi

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

1. AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin strukturu dəyişdirilsin.

- Avstriyalı mütəxəssis, sabiq FIFA referisi, FIFA və UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA və UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı Fritz Stuchlik yeni strukturun rəhbəri təyin olunsun.

- Yeni struktur Hakimlər və Hakim-İnspektorlar Komitəsi adı altında fəaliyyət göstərsin.

- Hakimlər və Hakim-İnspektorlar Komitəsi birbaşa AFFA-nın İcraiyyə Komitəsinə tabedir və rübdə 1 dəfə İcraiyyə Komitəsinin üzvlərinə hesabat xarakterli məruzə etsin.

- Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi komitə rəhbərliyinə həvalə olunsun.

2. Klubların lisenziyalaşdırılması prosesi ilə bağlı aşağıdakı təklif qəbul olunsun:

- Əvəzedici komandanın yarışlarda iştirakı meyarı «A» dərəcədən «B» dərəcəli meyara keçirilsin. Meyarın tələbini yerinə yetiriməyən klublara cərimə tətbiq olunsun.

Qeyd edək ki, yeni komitəyə avstriyalı sabiq FIFA referisi Fritz Stuxlik sədr təyin olunması ilə Xaqani Məmmədov Hakimlər Komitəsi, Əli Hüseynov isə Hakim-İnspektorlar Komitəsindəki sədr vəzifələrini itiriblər.

Şərhlər

XƏBƏR LENTİ