SON DƏQİQƏ
XalqXeber.Az » İdman » “Reynaldonu hələ də transfer etmək istəyirik” - “Adanaspor”un məşqçisi

“Reynaldonu hələ də transfer etmək istəyirik” - “Adanaspor”un məşqçisi

Tarix:

16-01-2017, 19:57

/ 1 502 dəfə oxundu.
“Reynaldonu hələ də transfer etmək istəyirik” - “Adanaspor”un məşqçisi

Türkiyənin “Adanaspor” klubunun “Qarabağ”ın hücumçusu Reynaldonu istədiyi haqqında məlumat vermişdik.

xalqxeber.az-ın məlumatına görə, futbolçunun meneceri sonradan Superliqa təmsilçisinin lazım olan pulu vermədiyini bildirsə də, “Adanaspor”un köməkçi məşqçisi Səlçuk Ərdoğan saytımıza açıqlamasında bunu təkzib edib.

O bildirib ki, Reynaldonu hələ də transfer etmək niyyətindədirlər: “Biz Reynaldonu transfer etmək istəyirik. Hələ də danışıqlar davam edir. Lazım olan pulu vermədiyimiz haqqında gəzən söz-söhbətlər düzgün deyil. Hələ ki, bu keçid dəqiqləşməyib”.

Şərhlər

XƏBƏR LENTİ