yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Hafka" yenidən zühur etdi - İş adamı ona qarşı çıxan qüvvələrə mesaj göndərdi...

Hafka
1-09-2018, 14:33 441 dəfə baxılıb

Çoxdan ictimaiyyət arasında görünməyən, 3 ildi sahibi olduğu “Bakı”nın Biləcəridəki təlim-məşq bazasına baş çəkməyən Hafiz Məmmədov bugünlərdə gözlənilmədən bazada görünüb. Tanınmış iş adamı kompleksin mövcud halıyla maraqlanıb, meydanların vəziyyəti ilə tanış olub.

Mənbəmizin sözlərinə görə, Məmmədov ətrafında olan şəxslərə “Bakı”nın yenidən böyük futbola qayıdacağını və bu istiqamətdə çalışdığını söyləyib. Ölkə futbolunun inkişafında müəyyən xidməti olan Hafiz bəy bazanın ona məxsus olduğunu, heç kimə də güzəştə getməyəcəyini vurğulayıb.

Bir neçə il sahibi olduğu idman qurğusuna baş çəkməyən Hafiz Məmmədovun birdən-birə Biləcərinin yolunu tutması, heç şübhəsiz, əsassız ola bilməzdi. Böyük ehtimalla, gözlənilməz səfəri şərtləndirən səbəb və ya səbəblər olub. Əlaqələrimizi işə salıb məsələni araşdırmağa çalışdıq. Və məlum oldu ki, şübhələrimiz heç də boşuna deyilmiş. Sən demə, bu günlərdə müəyyən qüvvələr “Bakı”nın bazasını ələ keçirmək üçün qəti addımlar atmaq niyyətinə düşüb. Onlar bazanı ələ keçirəndən sonra fəaliyyət istiqamətini dəyişdirmək, ərazidən kommersiya məqsədi ilə yararlanmaq istəyirmişlər. Bundan xəbər tutan Hafiz Məmmədov də qarşı tərəfə xəbərdarlıq mesajı vermək niyyəti ilə sahibi olduğu obyektə yollanıb, bazanı gözdən keçirib. Sonra isə qarşı tərəfin nümayəndələri ilə görüşərək, yazının əvvəlində qeyd etdiyimiz fikirləri səsləndirib. Bir sözlə, iş adamı bir daha ona qarşı çıxan qüvvələrə fikrindən daşınmadığını, bazanı heç kimə verməyəcini ortaya qoyub.

Xatırladaq ki, sözügedən bazanın açılışı 2011-ci il sentyabrın 8-də olub. Ölkə başçısının da qatıldığı açılış mərasimində respublikanın tanınmış ziyalıları, idman ictimaiyyətinin nümayəndələri iştirak edib. Geridə qalan müddətdə bazada fəaliyyət göstərən “Bakı”nın futbol akademiyasında neçə-neçə istedadlı futbolçu yetişib və bu gün onlar premyer-liqanın aparıcı klubları ilə yanaşı, millinin də şərəfini qoruyurlar.

Hazırda bazada “İsgəndər Cavadov “Bakı” Futbol Akademiyası” fəaliyyət göstərir. Həmin akademiyanın 6 yaş qrupu üzrə komandaları AFFA-nın təşkil etdiyi çempionatlarda iştirak edirlər. Onu da qeyd edək ki, həmin komandalar artıq yeni mövsüm üçün lazım olan sənədləri assosiasiyaya təqdim ediblər. Ölkədə idmana bu qədər qayğı göstərildiyi halda, dövlət başçısının idmana və idmançılara diqqətinin fonunda kimlərinsə idman qurğusunu ələ keçirib, fəaliyyət istiqamətini dəyişmək istəməsi utandırıcı addımdı. Buna başqa ad vermək, nə iləsə əsalandırmaq qeyri-mümkündür.

Futball-plus.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ