yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bakı İslam Oyunlarının rəsmi formaları nümayiş olundu - FOTO

Bakı İslam Oyunlarının rəsmi formaları nümayiş olundu - FOTO
2-03-2017, 12:32 602 dəfə baxılıb

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən bu gün IV İslam Həmrəyliyi oyunlarının rəsmi geyim formaları ictimaiyyətə təqdim edilib.

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin Brend şöbəsi tərəfindən hazırlanmış formaların dizaynı peşəkar dizaynerlər komandası tərəfindən təqdim edilib.

Fərqli görünüşlərə malik formalar, texniki rəsmilər, işçi heyəti və podratçılar olmaqla, müxtəlif işçi qrupları üçün nəzərdə tutulub.

Qeyd edək ki, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının Könüllüləri və işçi heyəti üçün hazırlanmış formalar da eyni dizayna və görünüşə malikdir.

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov formaların təqdimatı ilə bağlı etdiyi çıxışı zamanı bildirib ki, artıq formaların istehsalına başlanılıb. Elçin Səfərov:

“Formalar hər bir Oyunların önəmli atributu sayılır və burada bizim üçün əsas şərtlərdən biri bu geyimlər vasitəsilə Oyunların abu-havasını ictimaiyyətə çatdırmaqdır. Bu formaları öz üzərində daşıyacaq hər kəs Oyunların bir hissəsi olmaqla bərabər, eyni zamanda IV İslam Həmrəyliyi oyunlarının sülh, hörmət, bərabərlik və mükəmməllik mesajını da dünyaya çatdırmış olacaq”.

Rəsmi forma dizaynlarının hazırlanması prosesində Bakı 2017 Oyunlarının loqosundan, brendin rəsmi rənglərindən və elementlərindən istifadə edilib.
Brendin əsas naxış elementi olan xalça, simvolik Azərbaycan və İslam xalça ikonoqrafiyasını, eləcə də petroqlifləri özündə əks etdirərək, ənənəvi Azərbaycan xalçasının müasir təsvirini yaradır.
İslamı özündə təcəssüm etdirən, eyni zamanda IV İslam Həmrəyliyi oyunlarının da rəngi olan yaşıl, əsas işçi heyətinin və könüllülərin formalarında xüsusi olaraq xalça motivləri üzərində özünə məxsus ahəngdarlığı ilə yer alıb.

Qeyd edək ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının forma dəstinə köynək, papaq, kiçik bel çantası və şalvar daxildir.

Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları 2017-ci il may ayının 12-dən 22-dək Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək və İslam dünyasını birləşdirəcək olan maraqlı, multi-idman tədbiridir.

Müsəlman ölkələrindən gələn idmançılar yarışın 15 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növləri üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su İdmanı Növləri - Suya tullanma, Üzgüçülük, Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və Para Cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır Atletika) Bakıda yerləşən 16 müasir yarış məkanında təmsil edəcəklər.

Bakı İslam Oyunlarının rəsmi formaları nümayiş olundu - FOTO
Bakı İslam Oyunlarının rəsmi formaları nümayiş olundu - FOTO
Bakı İslam Oyunlarının rəsmi formaları nümayiş olundu - FOTO


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ