yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Azərbaycanda bir çempionat ləğv olundu

Azərbaycanda bir çempionat ləğv olundu
23-07-2018, 16:52 356 dəfə baxılıb

AFFA-da bu gün 2018/2019 mövsümü ilə bağlı iclas keçirilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq səkkiz klubun əvəzedici komandalarının çempionatı keçirilməyəcək.

Həmin əvəzedici komandalar I divizionda mübarizə aparacaq. Lakin bu komandalar çempion olarsa, onların çempionluğu əhəmiyyət kəsb etməyəcək və Premyer Liqaya yüksələ bilməyəcəklər.

I divizionda əsas heyətdə futbolçuların yaş limiti 4+6+1 kimi olacaq. Yəni, dörd nəfər 1998-ci ilə qədər doğulan, altı nəfər 1998, 1999, 2000-ci il təvəllüdlü olan və bir nəfər isə 2001-ci il təvəllüdlü olacaq.

Premyer Liqanın əsas komandasından əvəzedici heyətə göndərilən futbolçular I divizionda oynaya biləcək. I divizionda 12-14 komandanın mübarizə aparması nəzərdə tutulub. Komanda sayı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Sumqayıt”, “Zirə”, “Keşlə”, “Səbail” və “Sabah”ın əvəzedici komandalarından başqa, I divizionda iştirakı dəqiqləşənlər MOİK və “Şüvəlan” klublarıdır. Ötən mövsüm I divizionda çıxış etmiş “Binə” və “Xəzər” klubları isə dağılıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ