SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Azərbaycan çempionu yarışa qadın kimonosu ilə çıxıb - FOTO

Azərbaycan çempionu yarışa qadın kimonosu ilə çıxıb - FOTO

Tarix:

18-07-2018, 16:46

/ 1 740 dəfə oxundu.
Azərbaycan çempionu yarışa qadın kimonosu ilə çıxıb - FOTO

Cüdo üzrə ölkə birinciliyinin 55 kq çəki dərəcəsində keçirilmiş finalında maraqlı hadisə baş verib

"Neftçi” İdman Klubunun üzvü Balabəy Ağayev "Qəbələ” idmançısı Rövşən Əliyevlə matça qadın cüdoçu kimonosu ilə çıxıb.

Belə ki, o, tatamidə arxasına "K.Hüseynova” yazılmış forma ilə mübarizə aparıb. Ağayev bunun üçün həmin sözlərin üstünü örtən lent yapışdırıb. Lakin onun etdiyi fəndlərin birində lentin bir hissəsi açılıb.

Buna görə hakim həmin lenti açaraq cibinə qoyub. Nəticədə Balabəy döyüşün qalan hissəsində qadın adı yazılmış formada mübarizə aparmalı olub. Sonda o, rəqibinə qalib gələrək ölkə çempionu olub.
Azərbaycan çempionu yarışa qadın kimonosu ilə çıxıb - FOTO

Şərhlər

XƏBƏR LENTİ