XalqXəbər.Az

Messi Qüdsə getməkdən imtina etdi

yüklənir...
Messi Qüdsə getməkdən imtina etdi
6-06-2018, 12:33
yüklənir...

Futbol üzrə Argentina millisi iyunun 9-da Qüdsdə İsrail ilə yoldaşlıq oyununun keçirilməsindən Fələstin tərəfinin etirazı və idmançıların təhlükəsizliyinə təhdid səbəblərindən imtina edib.

Bununla bağlı İsrail KİV məlumat yayıb.

Qarşılaşmanın keçirilməyəcəyi dəqiqləşdikdən sonra baş nazir Binyamin Netanyahu Argentina prezidenti Maurisio Marki ilə telefon danışığı aparıb və qərarı dəyişdirməyə çalışıb.

Ancaq Argentina prezidenti Netanyahunu başa salıb ki, futbol federasiyasının qərarına təsir göstərə bilməz.

Marki bildirib ki, futbolçular təhdidlər səbəbindən İsrailə getmək istəmirlər. Argentina KİV məlumat verir ki, bir neçə gündür komandanın İsrailə səfəri ilə bağlı etiraz aksiyaları keçirilir.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.