SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Bakcell”dən yenə oğurluq, yenə fırıldaq, soyğun - prezidentə faktlar...

“Bakcell”dən yenə oğurluq, yenə fırıldaq, soyğun - prezidentə faktlar...

Tarix:

19-04-2018, 09:05

/ 3 914 dəfə oxundu.
“Bakcell”dən yenə oğurluq, yenə fırıldaq, soyğun - prezidentə faktlar...

“Bakcell rəsmən oğurluqla məşğuldur”

Bunu jurnalist Nizam Rzayev feysbukda yazıb.

Onun sözlərinə görə, ölkənin ən qədim mobil operatoru olan "Bakcell" dünyanın ən qədim peşəsinin sirlərinə sahiblənib:

“Deməli, nömrəmə pul qoymuşam ki(dünən saat 19:03), xətt açılsın, amma balans artmır.

Bakcell-dən deyirlər ki, həmin vəsait melomaniya adlı xidmətə görə hesabdan çıxılıb (dünən saat 19:01).

Yəni balansı artırdıqdan 2 dəqiqə əvvəl pulu dərhal Melominiyaya çıxıblar. Halbuki bu xidmətə heç vaxt qoşulmamışam. Bakcell-in əməkdaşı isə şinəyib ki, nömrəni özünüz təqdim etmisiniz.

Sonradan məlum olur ki, telefona internet götürəndə, bu xidməti özləri telefonda aktivləşdirir, birdəfəlik dayandırmaq isə mümkün deyil. Rəsmi oğurluq, qanuni”.

Ancaq fırıldaqla qarşılaşan təkcə N.Rzayev deyil. növbəti fırıldaq “Ulduzum” kampaniyası adı altında həyata keçirilir.

Bu mexanizmi balansdan pul silməklə gerçəkləşdirirlər. Şirkət tərəfindən balansına kontur yükləyən abunəçinin telefonuna dərhal mesaj gəlir.

Müştəriyə şad-xürrəm xəbər verilir ki, “e-manat”dan ödəniş etdiyi üçün “5555”-ə mesaj göndərin, 3 dəqiqə bonus olaraq pulsuz danışıq əldə edin.

Amma şirkət bonus adını qoyub pulsuz 3 dəqiqə verdiyi “hədiyyə”yə görə kontur çıxırlar. Abunəçilərdən biri yazıb ki, balansında 1 manat, 93 qəpik olub.

“Bakcell”dən gələn mesajda yazılanlara uyğun olaraq, “5555”ə mesaj göndərib. Ona həqiqətən də 3 dəqiqə bonus verilib.

Ancaq əvəzində balansından 63 qəpik silinib. Onun balansı 1 manat, 30 qəpiyə düşüb. Nəticə etibarı ilə 3 dəqiqə bonus ona havayı deyil, pullu olub.

Şirkətin “Ulduzum” kampaniyasının növbəti fırıldaq və oğurluq adlandıran abunəçilər qeyd edirlər ki, “Bakcell”dən cana doyublar.

Abunəçilərin əsassız olaraq konturları silinir, oğurlanır, müştəri qoşulmadığı reklamlara abunə edilir, əvəzinə pul çıxılır.

Artıq əksər abunəçilər mobil operatorlarını dəyişməyə başlayıblar. 1 ildən çoxdur ki, “Bakcell” abunəçiləri onun xidmətlərindən kütləvi şəkildə imtina edirlər.

Əksəriyyət digər mobil operatorlara keçməyə başlayıblar. Doğrudur, onlar da “Bakcell”dən geri qalmırlar. Lakin bu firma açıq-aşkar özbaşınalıq edir. Faktiki olaraq, “Ulduzum” kampaniyası adı ilə fırıldaq edilir.

Azərbaycanda yaşayıb “Bakcell” abunəçisi olan hər bir şəxs heç olmasa 1 dəfə bu operatorun müxtəlif “yanlışlıqlarla” cibinə girdildiyinin şahidi olub.

Keyfiyyəqli xidmət qarşılığında sağlam qazanc əvəzinə müştərilərini aldatmaqla varlanmağı qarşısına məqsəd qoyan “Bakcell”, sözün həqiqi mənasında biznes anlayışını “dəyişək, inkişaf edək” fırıldağına çevirib.

Söhbət, “Bakcell”in qısa nömrələrdən gələn və abonentini dərhal tora salan “xidmətlər”dən gedir.

Dayanmadan sərəncamımıza verdiyi nömrələrə mənasız reklam və anons SMS-ləri yollayan bu provayder, əməlinin qarşılığında abonentlərindən milyonlar oğurlağır.

Uzun illərdir min cür fırıldaqla abunəçilərin ciblərinə girən mobil operatorlar son zamanlar yenidən fəallaşıblar.

“Azercell”, “Bakcell” və ya “Nar Mobile” abunəçilərinə gələn mesajda musiqi yükləmək, video izləmək, ulduz falı və s. kimi xidmətlərə qoşulduğunuz qeyd edilir.

“Novamedia” başda olmaqla kontent provayderlər GSM şirkətləri ilə müqavilə imzalayır və nömrələrimizi əldə edir. Daha sonra qazancı da aralarında bölüşdürürlər.

Provayderin göndərdiyi ismarış mətnində xidmətlərdən birinə abunə olunduğunuz və xidmət haqqı olaraq gündəlik 30 qəpikdən 60 qəpiyə qədər olduğu göstərilir.

Abunəlikdən çıxmaq üçün isə “STOP” yazıb göndərmək lazımdır. Yəni, sizdən icazə alınmadan üzv etdikləri xidməti dayandırmaq üçün sizdən əlavə fəaliyyət tələb edirlər.

Gündəlik yazışmalar həyata keçirən gənclər üçün bir mesaj yazmaqla xidməti dayandırmaq asandır. Ancaq texnologiya ilə təzə-təzə tanış olan yaşlı insanlar üçün bu çətinlik yaradır.

Yazılmış mesajın mətnini anlamayanlar nəyə qoşulduqlarından belə xəbərsiz olurlar. Yaxud daha əvvəl reklam mətnlərindən cana yığılmış istifadəçilər ismarış mətnini sona qədər oxumadan dərhal bağlayır, hətta silirlər.

Günaşırı onların balansından çıxılan pullara görə mobil operatorun müştəri xidmətlərinə zəng etdikdə isə hər dəqiqəsi 15 qəpikdən hesablanan zənglə dərdlərini izah etməli olurlar.

Mobil operatorlar da özlərini “mələk” kimi göstərərək mesajların onlar tərəfindən göndərilmədiyini, hansısa sayta daxil olduğunuz üçün belə xidmətə qoşulduğunuzu deyirlər.

Yuxarıda da qeyd etdiyimiz kimi, mobil operator şirkətləri abunəçilərin nömrə detallarını kontent provayderlərə satdıqları faktı onların heç də “mələk” olmadıqlarını sübut edir.

Şikayətçilərdən biri bildirir ki, ağıllı telefonu səlist idarə edə bilmədiyi üçün sadəcə bir xidmətin elanı olduğunu düşünüb. Bir müddət balansından gedən qəpiklərin səbəbini anlaya bilməyib.

“Bakcell” müştəri xidmətləri isə məsələni boynundan atmağa o qədər agah olub ki, abunəliyi sonlandırmaq üçün nə etməli olduğunu ən sonda izah edib. Şirkətin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ