SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Hakimi döyən oyunçu 2 illik qovuldu - Azərbaycanda

Hakimi döyən oyunçu 2 illik qovuldu - Azərbaycanda

Tarix:

17-04-2018, 16:29

/ 2 432 dəfə oxundu.
Hakimi döyən oyunçu 2 illik qovuldu - Azərbaycanda

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında futzal üzrə Azərbaycan birinciliyinin 2-ci dəstəsinin “Qarabağ” – “Yasamal-2” matçında baş verənlərlə bağlı qərarlar açıqlanıb.

Aşağıdakı cəzalar qəbul edilib.

Matçın 27-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Yasamal-2”nin futbolçusu Ceyhun Nağıyev 1 oyunluq cəzalanıb. Onun komanda yoldaşı Rəhman Ələkbərli hakimin qərarına kəskin etiraz bildirdiyinə, hakimi təhqir etdiyinə və hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə daha ağır cəza alıb. Hakimi döyən futzalçı 2 il yarışlardan kənarlaşdırılıb.

Şərhlər

XƏBƏR LENTİ