SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağdamın başçısı təhdid edir: “Taxıl sahəsində pambıq əkin…”

Ağdamın başçısı təhdid edir: “Taxıl sahəsində pambıq əkin…”

Tarix:

16-04-2018, 09:36

/ 1 636 dəfə oxundu.
Ağdamın başçısı təhdid edir: “Taxıl sahəsində pambıq əkin…”

Artıq 3 ildir ki, rayonlarda pambıqçılığın inkişafı üçün əkin sahələri artılılıb. Ancaq bu əkin sahələri boş torpaqlar vasitəsi ilə yox, heyvandarlıq, taxılçılıq və digər əkin sahələrindən kəsilərək pambıqçılığa verilir.
Bu əsnada isə Ağdam sakinlərini, torpaq sahəsi olan vətəndaşları təhdid edərək, pambıq əkmələrinə məcbur edirlər.
AzEuroNews.com-a verilən xəbərə görə, Ağdamın icra başçısı Raqub Məmmədov sahibkarları təhdid edir.
Ağdamda adlarının hallanmasını istəməyən bir neçə sahibkar bildiriblər ki, heyvandarlıq, əkinçilik üçün istifadə etdikləri torpaqları icra hakimiyyəti məcbur edir ki, pambıq əksinlər.
R.Məmmədov pambıq planını doldurmaq üçün tarixdə ilk dəfə olaraq Ergi düzündə pambıq əkilməsini sahibkarlara tapşırıq verib.
Ergi düzü Sovet zamanında belə heyvandarlıq, taxılçılıq və soğan əkini üçün istifadə edilib. Yəni sovet hökuməti belə pambıq planını doldurmaq üçün bu düzdən istifadə etməyib.
Ancaq Ağdam RİH Ergi düzündə pambıq əkilməsi üçün sahibkarları və torpaq sahəsi olan şəxsləri məcbur edir ki, pambıq əksinlər.
Sahibkarlar bildirir ki, həmin pambıq sahəsi soğan, heyvandarlıq və taxıl üçün ayrılmış torpaqlardan kəsiləcək. Nəticədə zərbə heyvandarlığa, soğana və taxıla dəyəcək.
Sahibkarların sözlərinə görə, ətin qiymətinin artmasının səbəbi də məhz pambığın məcburi əkilməsi nəticəsində qalxdı.
Heyvandarlıq üçün torpaq sahəsi azaldığı üçün heyvan saxlayanlar məcburən mal-qarasını dəyər-əyməzə bazara çıxardı.
Heyvandarlıq üçün torpaq sahəsinin azaldılması, heyvanların sayının azalmasına da gətirib çıxarıb.
Ağdamın başçısı təhdid edir: “Taxıl sahəsində pambıq əkin…”
Ağdamın başçısı təhdid edir: “Taxıl sahəsində pambıq əkin…”

Şərhlər

XƏBƏR LENTİ