SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Azərbaycan futbolunda üç nəfərə on oyunluq cəza verildi

Azərbaycan futbolunda üç nəfərə on oyunluq cəza verildi

Tarix:

12-04-2018, 16:01

/ 2 317 dəfə oxundu.
Azərbaycan futbolunda üç nəfərə on oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

xalqxeber.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXII turunun “Kəpəz” – “Keşlə” matçında qonaq komandanın altı futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Bakı klubu 800 manat cərimə olunub.

Oyunun 26-cı dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün Gəncə klubu 1600 manat cərimələnib.

Region Liqasının “Şıxlar” – “Tufan” matçının 13-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Emin Şabıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün dörd oyun cəzalanıb.

Oyunun 14-cü dəqiqəsində “Şıxlar”ın digər futbolçusu Mərifət Qəniyev aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün ona 10 oyun cəza verilib.

U-16 Liqasının “Turan Tovuz” – “Zirə” matçının 80-cı dəqiqəsində Bakı klubunun futbolçusu İlahi Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəza alıb.

Matç başa çatdıqdan sonra “Zirə”nin digər oyunçusu Samir Qasımov “Turan Tovuz” klubunun rəsmi şəxsinə qarşı aqressiv davranış göstərdiyinə görə 10 oyunluq cəzalandırılıb.

“Turan Tovuz”un məşqçisi Elxan Abdıyev isə “Zirə” klubunun futbolçusuna əli ilə zərbə endirdiyinə görə eyni sayda cəza alıb.

Şərhlər

XƏBƏR LENTİ