yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Zabit Səmədov rinqdə ingilis rəqibini pərt etdi – VİDEO

Zabit Səmədov rinqdə ingilis rəqibini pərt etdi – VİDEO
29-01-2018, 15:57 269 dəfə baxılıb

K-1 döyüş növü üzrə dünyada “Mauqli” ləqəbi ilə tanınan idmançımız Zabit Səmədov apreldə növbəti döyüşünə çıxacaq.

Britaniyadan olan kikboksçu Ceyms Maksuini İzmirdə Beynəlxalq Qarışıq Döyüş növləri üzrə çempionatda həmyerlimizə meydan oxuyub.

Zabit Səmədovun ona cavabı isə bütün zalı coşdurub.

Zabit “Azərbaycan - Türkiyə - iki dövlət, bir millət” şüarını səsləndirib. Daha sonra azarkeşlərə söz verən idmançı “Bu şəxsin kim olduğunu bilmirəm, amma qarşılaşmada çox pis vəziyyətdə məğlub olacaq” deyib.

Əsgərlərə də səbir və güc arzulayan idmançı bu sözləri ilə izləyicilərin bir daha rəğbətini qazanıb. O, daha sonra pərt vəziyyətdə rinqi tərk edən rəqibini nəzərdə tutaraq “bunun kimi çempionları biz çox görmüşük” deyib.

Qeyd edək ki, Zabit Səmədov ingilis döyüşçünün çağırışına cavab verib. Aprel ayında Almaniyada onlar arasında görüş olması planlaşdırılır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: etdi, rinqde, Semedov, reqibini, ingilis, pert, Zabit, VDEO
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ