SON DƏQİQƏ
XalqXeber.Az » İdman » İlham Zəkiyevə yeni vəzifə verildi

İlham Zəkiyevə yeni vəzifə verildi

Tarix:

17-01-2018, 12:29

/ 2 264 dəfə oxundu.
İlham Zəkiyevə yeni vəzifə verildi

Milli Paralimpiya Komitəsinin (MPK) nəzdində Məşqçilər Şurası və İntizam Komissiyası yaradılıb.

Qurumdan verilən məlumata görə, bu barədə qərar MPK-nın Ümumi Yığıncağında qəbul olunub.

Qərara əsasən, Məşqçilər Şurasının (MŞ) sədri MPK-nın baş katibi vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icra edən Kamal Məmmədov təyin edilib. MŞ-nın tərkibində Rauf Mürsəlov, İbrahim İbrahimov, Alavərdi Culfayev, Oleq Panyutin, İlqar İbişov və Tərlan Hacızadə yer alacaqlar.

İntizam Komissiyasının sədri vəzifəsi ikiqat paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu, "Bakı-2015” Avropa Oyunlarının qalibi, MPK-nın vitse-prezidenti İlham Zəkiyevə həvalə olunub. Komissiyanın üzvləri isə Mehman Kərimov, Səlhət Abbasova, Yaşar Hacıyev və Elxan Rəhimovdur.

Şərhlər

XƏBƏR LENTİ