SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Mehriban Əliyeva “İlin idman təşkilatçısı” elan edildi - Siyahı

Mehriban Əliyeva “İlin idman təşkilatçısı” elan edildi - Siyahı

Tarix:

28-12-2017, 20:00

/ 1 963 dəfə oxundu.
Mehriban Əliyeva “İlin idman təşkilatçısı” elan edildi - Siyahı

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) çoxillik ənənəsinə sadiq qalaraq, 2017-ci ilin idman laureatlarının adlarını açıqlayıb.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edilib.

Azərbaycan Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov ilin idman xadimi seçilib.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan olunub.

Cari ilin idman jurnalistləri isə Anar Əhmədov (“Olimpiya dünyası”), Həbib Aslanov (“Futbol+”), Oqtay Bayramov (“Xalq qəzeti”) və Vüqar Xeyrullayev (Apasport) olublar. İlin fotoreportyoru nominasiyasında qalib adına Leyla Nağıbəyova (“Neftçi” futbol klubu) layiq görülüb.

“Futbol+” ilin idman qəzetləri, “CBC Sport” isə telekanallar sırasında fərqləniblər. İlin idman nəşri nominasiyasında Əbülqasım Novruzovun müəllifi olduğu “Şuşada voleybolu sevirdilər...” kitabı qalib seçilib.

Laureatlar sırasında Azərbaycan Velosiped İdman Federasiyasının mətbuat xidməti, həmçinin “sport24.az” və “1news.az” portalları da var.

“Rio-2016”nın gümüş mükafatçısı, güləşçi Mariya Stadnik, IV İslam Həmrəyliyi Oyunlarının üçqat qalibi, bədii gimnast Marina Durunda, “Bakı-2017”nin qalibi, taekvandoçu Patimat Abakarova, üçqat dünya çempionu, güləşçi Hacı Əliyev, üçqat dünya çempionu, bokçsu Məhəmmədrəsul Məcidov və dünya çempionu, taekvandoçu Milad Beigi Hərçəqani ilin idmançıları adına layiq görülüblər.

İlin komandası nominasiyasının qalibi “Qarabağ” futbol klubu, şahmat və cüdo üzrə millilər olub.

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin çalışdırıcısı Faiq Qarayev və gənclərdən ibarət cüdo üzrə millimizin baş məşqçisi Elçin İsmayılov ilin baş məşqçiləri elan ediliblər.

İlin idman hakimi Hicran Şərifov (güləş), idman azarkeşi isə Elşən Məmmədov olublar.

Şərhlər

XƏBƏR LENTİ