SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Nailə Rüstəmzadəyə vəzifə verildi

Nailə Rüstəmzadəyə vəzifə verildi

Tarix:

20-12-2017, 16:58

/ 1 944 dəfə oxundu.
Nailə Rüstəmzadəyə vəzifə verildi

Bu gün Bayıl stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

AFFA-nın prezidenti Rövnəq Abdullayev assosoiasiyanın təsis olunmasının 25 illik yubileyi ilə əlaqədar İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevə ölkə futbolundakı səmərəli fəaliyyətinə görə diplom və xüsusi hədiyyə təqdim edib.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Rəşad Sadıqovun U-21 və U-20, Vüqar Məmmədin U-19, Zaur Həşimovun U-18, Ramin Quliyevin isə U-17 komandalarına baş məşqçi vəzifəsinə təyinatı təsdiqlənib.

Bundan əlavə, iclasda FIFA-nın göstərdiyi maliyyə yardımı hesabına Sumqayıt şəhər stadionunun ərazisində 2 ədəd, Bakı Olimpiya Stadionunun ərazisində 1 ədəd təbii ot örtüklü standart ölçülü meydan salınması barədə qərar qəbul olunub.

İclasda Nailə Rüstəmzadə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sədri təyin olunub.

Şərhlər

XƏBƏR LENTİ