XalqXəbər.Az

Məşhur telekanalın müxbirindən Qurban Qurbanova hörmətsizlik

yüklənir...
Məşhur telekanalın müxbirindən Qurban Qurbanova hörmətsizlik
6-12-2017, 10:09
yüklənir...

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda keçirilən “Roma” – “Qarabağ” (1:0) matçından sonra Qurban Qurbanovun iştirakı ilə təşkil olunan mətbuat konfransında xoşagəlməz anlar yaşanıb.

Ağdam təmsilçisinin baş məşqçisi oyunla bağlı fikirlərini bildirən zaman “Sky Sport”un müxbiri konfransı kəsib, canlı yayıma bağlanıb. Qurbanov da bu məqamda çıxışını dayandıraraq müxbirin canlı yayımını bitirməsini gözləyib. O, bunun üçün təxminən 45 saniyə gözləməli olub. Bu məqamda baş məşqçi müxbirə ona mane olduğuna dair iradını da bildirib.

Məsələ ilə bağlı azərbaycanlı jurnalistlər “Roma”nın baş məşqçisi Eusebio Di Françeskoya “eyni situasiya ilə siz qarşılaşsaydınız, buna münasibətiniz necə olardı?” sualını verib. O isə belə suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.