XalqXəbər.Az

Futbolçuları Ramin Musayevə görə həbs ediblər? — SENSASSİON İDDİA

yüklənir...
Futbolçuları Ramin Musayevə görə həbs ediblər? — SENSASSİON İDDİA
30-11-2017, 11:31
yüklənir...

Azərbaycanın tanınmış futbolçuları Mirhüseyn Seyidovla Nizami Hacıyevin həbs edilməsinin bəzi detalları məlum olub.
"Ölkə.Az"a daxil olan məlumata görə, onların həbsi təkcə oyun alqı-satqısıyla bağlı deyil.

Mənbə bildirir ki, həm Nizami Hacıyevin, həm də Mirhüseyn Seyidovun meneceri Ramin Musayevin Polad adlı (soyadını dəqiqləşdirə bilmədik-red.) bacısı oğludur. İndiki halda onların əvvəlcə "Keşlə"dən uzaqlaşdırılması, ardınca danışılmış oyunlarda adlarının hallandırılaraq həbsi, PFL prezidenti Ramin Musayevə rəqibləri tərəfindən verilən cavabdır.
"Keşlə"də xüsusi nüfuz sahibi olan bu iki futbolçunun həbsi həm də liqa rəhbərinə xırda mesajdir. Belə ki, Musayev rəqiblərinə güzəştə getməyəcəyi təqdirdə, ona yaxınlığıyla seçilən daha bir neçə futbolçunun da dəmir barmaqlıqlar arasına göndəriləcəyi istisna edilmir.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.