SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Taleh Heydərovun klubunda maaş QALMAQALI: - İdmançılar arasında fərq qoyulur

Taleh Heydərovun klubunda maaş QALMAQALI: - İdmançılar arasında fərq qoyulur

Tarix:

21-11-2017, 12:39

/ 1 967 dəfə oxundu.
Taleh Heydərovun klubunda maaş QALMAQALI: - İdmançılar arasında fərq qoyulur

Taleh Heydərovun rəhbəri olduğu "Qəbələ” İdman Klubunda idmançılar aylardır ki, maaş ala bilmir.

Məlumata görə, bu problemin davam etməsi bir sıra idmançılar arasında narazılığa səbəb olub. Bildirilir ki, klubda yerli və xarici oyunçular arasında fərq qoyulur. Bu da azərbaycanlı idmançıları ciddi narahat edir.

Qeyd edək ki, klub həm futbolçuların, həm də digər idman növləriylə məşğul olan üzvlərinin maaşlarını 3 aya yaxındır ödəmir.

Məsələ ilə bağlı "Qəbələ” İK-nın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. Klub rəsmisi Unikal.org-a danışarkən gecikmənin olduğunu təsdiqləyib, o fikirlərini belə ifadə edib:

"Maaşda gecikmələr var. Amma bu problemə çevriləcək səviyyədədə gecikmə deyil. Yaxın müddətdə aradan qaldırılacaq”.

Şərhlər

XƏBƏR LENTİ