SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Rza Zərrab yoxa çıxdı - Vəkilindən açıqlama

Rza Zərrab yoxa çıxdı - Vəkilindən açıqlama

Tarix:

15-11-2017, 10:53

/ 2 807 dəfə oxundu.
Rza Zərrab yoxa çıxdı - Vəkilindən açıqlama

Uzun müddətdir ABŞ-da həbs həyatı yaşayan azərbaycanlı milyarder Rza Zərrabdan 5 gündür xəbər yoxdur.

Bu barədə milyarderin vəkili açıqlama yayıb. Vəkil Zərrabın azad edilməsi ilə bağlı iddialara da cavab verib:

“Azadlığa çıxması haqda yayılan xəbərlər doğru deyil. Mən də 5 gündür onun haqda məlumat ala bilmirəm”.

Qeyd edək ki, iki dəfə ardıcıl olaraq Zərrabın azad edilməsi ilə bağlı xəbərlər yayılıb. ABŞ Federal Həbsxana Bürosunun internet saytında onun həbsdən azad edilməsi ilə bağlı məlumat da verilib. Amma hər dəfə ABŞ rəsmiləri bunun texniki xəta olduğunu və milyarderin həbsdə qaldığını bildiriblər.

Şərhlər

XƏBƏR LENTİ