SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Polkovnik pulları necə ələ keçirib?

Polkovnik pulları necə ələ keçirib?

Tarix:

7-11-2017, 13:06

/ 62 337 dəfə oxundu.
Polkovnik pulları necə ələ keçirib?

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən MTN polkovniki Vüqar Güləli, Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Rahib Salmanovun icraatında olan prosesdə şahid qismində Sədaqət İsmayılova ifadə verərək deyib ki, V.Güləlinin evində qalıb: "Vüqar özü demişdi ki, bir nəfərdən 87 min manat pul alıb. Bir müddət keçəndən evə başqa adamlar gəldi, Vüqar onların yanında eriraf etdi ki, kimdənsə 147 min manat pul alıb".

Proses noyabrın 16-da davam etdiriləcək.

İttihama görə, adıçəkilən şəxslər Səriyyə Tahirovanın həyat yoldaşın Rafiq Tahirovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini vəd verərək ondan 89 min 800 manat alaraq qaytarmayıblar. R.Tahirov qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitə gətirdiyi üçün MTN tərəfindən saxlanılıb. Məhkənənin hökmü ilə R.Tahirov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, təqsirləndirilən şəxslər Elçin Orucovu polisə işə düzəltmək üçün atası Əkbər Orucovdan 8 min manat, Misir Əhmədovdan oğlunu polisə işə düzəltmək adı ilə 8100 manat pul alıblar.
Həmçinin, iranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəklərini vəd edərək Aybala Namazovadan 35 min manat, Ədalət Əsgərovdan 115 min manat alaraq qaytarmayıblar.
Qeyd edək ki, V.Güləliyev və Nicat Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, digərləri barəsində isə başqa yerə getməmək qərarı verilib.
V.Güləliyev ləğv edilmiş MTN-nin Laçın rayon şöbəsinin, sonra isə nazirlikdə İran xətti üzrə şöbənin rəisi işləyib, hazırda təqaüddədir.

Şərhlər

XƏBƏR LENTİ