SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Mikayıl Nərimanoğlunun "Kəpəz"dəki "hoqqaları": - 100 mindən çox pul hara qeyb olub?

Mikayıl Nərimanoğlunun "Kəpəz"dəki "hoqqaları": - 100 mindən çox pul hara qeyb olub?

Tarix:

4-11-2017, 10:35

/ 92 421 dəfə oxundu.
Mikayıl Nərimanoğlunun "Kəpəz"dəki "hoqqaları": - 100 mindən çox pul hara qeyb olub?

“Kəpəz” işi” hələ çox başlar ağrıdacaq. Mikayıl Nərimanoğlunun Gəncə klubunda və AFFA-da işini itirməsi ilə nəticələnən proseslə bağlı yeni xəbərlər ortaya çıxır.

Dünən yoxlama qrupu Gəncədən ayrılıb.

Nərimanoğlunu da yoxlamaya çağıran təftişçilər ciddi maliyyə pozuntuları aşkar ediblər. Elə təkzibolunmaz faktlar var ki, AFFA-nın baş katibi Elxan Məmmədov da işin bir ucunun ona toxunacağından ehtiyat edərək, Mikayıl bəyi qurban verməyə razı olub.
Amma indi vəziyyət qarışıqdı. Ortada “qeyb olan” 100 min manatdan çox vəsait var və bunun üzə çıxması icraçı direktor Cabir İbrahimovun xidmətidi.
Məsələ ondadı ki, Nərimanoğlu “Kəpəz”də olduğu dönəmdə büdcəni rahatca talan etmək üçün Mehman Allahverdiyev, Nofəl Əzizov və başqa gəncəli kadrları klubdan uzaqlaşdırıb. Birindən icra başçısına şikayət edərək onun əliylə, digərlərini bir-birinə qarşı qoyaraq. Bütün situasiyalarda da özü vəziyyətdən təmiz çıxıb. Lakin onun İbrahimovu da yola salıb, yerinə Samir Quliyevi gətirmək cəhdi “bomba”nın partlaması ilə nəticələnib.
Bildiyimizə görə, “Kəpəz”dən uzaqlaşdırılan gəncəlilərin məsləhəti ilə Cabir bəy maliyyə yeyintiləri ilə bağlı AFFA-nın baş katibinə məlumat verib. O, yoxlama göndərilməsini xahiş edib və buna nail olub.
AFFA-da mətbuat xidmətinin rəhbəri kimi 5, “Kəpəz”də Müşahidə Şurasının üzvü və əsas idarəçi kimi 7 min manat maaş alan Nərimanoğlu bununla kifayətlənmirmiş. O, əsas komandaya deyil, məhz uşaq futboluna, eləcə də infrastruktura xərclənmək üçün ayrılan maliyyənin bir qismini silirmiş. Bu faktlar sübut olunan kimi isə Mikayıl bəy şuradan geri çağırılıb, ardınca AFFA-da departament rəhbərliyindən kənarlaşdırılıb.
Lakin Cabir İbrahimov da bu qarışıqlıqdan nəsibini alacaq. Mikayıl bəy qisas almaq üçün icraçı direktorun da bir çox sənədə imza atdığını ortaya qoyub. Deməli, “qeybə çəkimiş” bəzi pullara görə İbrahimov da cavab verməlidi. Və indi Cabir bəy ciddi sorğu-sual olunur. Elxan Məmmədovun “Nərimanoğlu “Kəpəz”in icraçı direktoru ilə birgə (!) bu tapşırıqların yerinə yetirilməsi üzərində çox çalışsa da, qoyulan hədəfə çatmaq mümkün olmayıb”, deməklə elə bunu nəzərdə tutur.
Bu xamır hələ çox su aparacaq. Elxan Məmmədovun etirafı da göstərdi ki, ortada elə maliyyə pozuntusu var ki, Nərimanoğlunu qorumaq mümkün deyil. Amma baş katib Mikayıl bəyi kiçik vəzifəyə - koordinator təyin etməklə guya tam vuulmasını istəmir. Halbuki məbləğdən asılı olmayaraq, maliyyə pozuntusunda əli olan adamı vəzifəyə təyin etmək yox, haqqında cinayıt işi açdırmaq lazımdı. Dələduzu, fırıldaqçını qorumaq özünün də bu işdə barmağının olmasını etiraf etmək deməkdi.

Məsələləyə “Kəpəz”in Müşahidə Şurasının biganə qalması da anormaldı. Bəs, 3 aydan bir yığımalı olan bu şura nəyə lazımdı, onlar nəyi müşahidə edirlər?

futbolinfo.az

Şərhlər

XƏBƏR LENTİ