yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Türkiyəli jurnalistdən "Qarabağ"ı təhqir edən həmkarına: - "Səninlə eyni peşədə olmaq utancdır, tərbiyəsiz!"

Türkiyəli jurnalistdən
23-10-2017, 10:52 59 278 dəfə baxılıb

Türkiyəli jurnalist "Qarabağ" azarkeşlərini təhqir edən həmkarını tənqid edib.

Tanınmış türkiyəli jurnalist Murat İde "Sabah” qəzetinin köşə yazarı Mövlud Tezelin "Qarabağ" - "Atletiko" oyununda azarkeşlərin hazırladığı plakatı təhqir etməsinə sərt reaksiya verib. AzNews.az müəllifin yazısını təqdim edir:

" "Sabah" qəzetində tərbiyəsizin biri köşə yazdı.. Azərbaycanın "Qarabağ" futbol klubunun Çempionlar Liqasına qatılması və evində "Atletico Madrid" ilə qarşılaşması haqqında.

Adam o matçın tribunalarına diqqət çəkərək bunları yazır. Qeyd edir ki :

-Ən ilginç görüntü "Qarabağ" azarkeşlərinin A4 kağızlarına "Qarabağ" yazıb kluba dəstək vermələri idi. Futbol tarixinin en kasıb, en rəzil, ən gülməli xoreoqrafiyası bu olsa gərək.

Ay nə bilim, neylon pakete qoyublar, kasıbdırlar və s. "Sabah" qəzeti yazını saytdan çıxardı. Doğru olanı etdilər. Amma belə bir "gülməli" adamla işləməyə davam etməyə dəyərmi, bunu çox düşünürəm.

Bax, Tərbiyəsiz!

Mən o tribunalar haqda yazsam nə yazardım, bilirsənmi?

-Qarabağ tribunaları elə içdən idi ki, azarkeşlər A4 kağızları ilə şüar yazaraq imkansızlığın rəsmini ürəklə və böyük ürəklə boyadılar..

Səninlə eyni peşədə çalışdığım üçün utanıram. Məsləyimdən deyil. Onu kirlədən dikbaşlığınızdan, həddinizi aşmağınızdan.

Qarabağ gözyaşıdır.. Qarabağ acıdır.. Qarabağ qanında problemi olmayan hər türk üçün işğal altında olan vətən torpağıdır,həsrətdir.

Qarabağa qurban ol sən.. Adının keçdiyi yerdə, neylon paketə neylon başınla zarafat edirsənmi, ay tərbiyəsiz?"

Murat İde - türkiyəli jurnalist

Qeyd edək ki, Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel "Qarabağ" - "Atletiko" oyununda azarkeşlərin hazırladığı plakatı təhqir edib.

O, “Ezik kareoqrafi" adlı yazısında heç-heçə başa çatan oyunda azarkeşlərin A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən kasıb, ən gülməli görüntü adlandırıb.

Yazarın bu yanaşması Azərbaycanda narazılıqla qarşılanıb, xüsusilə sosial şəbəkələrdə onun bu mövqeyi sərt tənqid edilib. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinib. Daha sonra müəllif Azərbaycan xalqından və “Qarabağ” azarkeşlərindən üzr istəyib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Turkiyeli, olmaq, terbiyesiz, , Seninle, jurnalistden, tehqir, hemkarina, eden, eyni, peshede, utancdir, Qarabagi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ