SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Sadıq Sadıqovun 30 min manatı necə batdı?

Sadıq Sadıqovun 30 min manatı necə batdı?

Tarix:

5-10-2017, 10:04

/ 39 642 dəfə oxundu.
Sadıq Sadıqovun 30 min manatı necə batdı?

YOTUB sosial şəbəkəsində yaradılan Cüdo.TV -nin müəmalı bağlanması "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin rəhbəri və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov 30 min manat ziyana düşüb.
Bu barədə daxil olan məlumata görə bir neçə ay öncə mərkəz rəhbərinin müşaviri və mətbuat xidməti rəhbəri vəzifəsini daşıyan Elnur Əşrəfoğlu Azərbaycan Cüdo Federasiyasına Cüdo Federasiyasına televiziya açılması üçün Sadıq Sadıqovdan 30 min manat vəsait alıb. Həmin vəsaitin televizya üçün müəyyən texniki avadanlıqlar ın alınması və verlişlərin hazırlanması üçün ayrılıb. Sadıq Sadıqovun qıymazlıq eləməyib televiziya üçün verdiyi 30 min manatın taleyi isə müəamalı şəkildə qaranlığa qərq olub.
Aut.az-a çatan məlumata görə rəhbərin müşaviri Elnur Əşrəfoğlu texniki avdanlıqların alınması və verlişlərin hazırlanması üçün ona verilmiş vəsaiti rahat şəkildə “əridib”. Əvəzində isə YOTUBE social şəbəkəsində Cüdo Federasiyasına aid videoları yükləyərək Cüdo.TV yaradıb. Sosial şəbəkədən o qədərdə məlumatı olmayan Sadıq Sadıqov isə müşavirin ona necə kələk gəlməsinin fərqinə varmayıb.
Deyilənə görə YOTUBE şəbəkəsində fəaliyyət göstərən Cüdo.TV hətta Sadıq Sadıqovun çox xoşuna gəlib və həftədə bir neçə dəfə yüklənən videoları izləyirmiş. Amma məsələnin digər ilginc tərəfi isə sosial şəbəkədə fəaliyyət göstərən Cüdo.TV-nin cəmi 2 ay fəaliyyət göstərməsidir. Görünür Sadıq Sadıqovun 30 min manatı YOTUBE sosial şəbəkəsində “fəaliyyət”ə göstərən Cüdo.TV-i üçün yetməyib.

Məsələ ilə bağlı qarşı tərəfin münasibətini verməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ