SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Rəşad Sadıqov üçün vida matçı təşkil olunacaq - Rəsmi

Rəşad Sadıqov üçün vida matçı təşkil olunacaq - Rəsmi

Tarix:

2-10-2017, 17:21

/ 80 131 dəfə oxundu.
Rəşad Sadıqov üçün vida matçı təşkil olunacaq - Rəsmi

DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Çexiya qarşılaşması milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq.

AFFA-nın saytına fikrini bildirən R. Sadıqov Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib:

“Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.

Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib.

Şərhlər

XƏBƏR LENTİ