SON DƏQİQƏ
XalqXeber.Az » İdman » “Nailiyyətlərlə fərəhlənirik” - İlham Əliyev

“Nailiyyətlərlə fərəhlənirik” - İlham Əliyev

Tarix:

29-09-2017, 16:56

/ 103 765 dəfə oxundu.
“Nailiyyətlərlə fərəhlənirik” - İlham Əliyev

“İdman ictimai həyatın önəmli amili kimi, bundan sonra da öz rolunu oynayacaq”.

Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubilek mərasimində bildirib.

İ.Əliyev bildirib ki, bu gün hər kəs Azərbaycanda idman uğurlarına öyrəşib və bəziləri elə hesab edirlər ki, elə də olmalıdır:

“Biz gərək keçmişə də baxaq, müqayisə də edək və görək ki, əgər medalların sayına görə o qədər də böyük ölkə olmayan, əhalisi o qədər də böyük olmayan Azərbaycan Rio Olimpiya Oyunlarında 14-cü yerə layiq görülürsə, bu, doğrudan da tarixi nailiyyətdir. Biz əlbəttə ki, idmanda əldə edilmiş nailiyyətlərlə fərəhlənirik. Çünki bizim idmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil edirlər.

Azərbaycan ilk dəfə olaraq müstəqil dövlət kimi 1996-cı ildə Yay Olimpiya Oyunlarında cəmi 1 medal qazanıb. 20 il sonra “Rio 2016”da isə 18 medal əldə edib. Bu tərəqqi idmanın inkişafını göstərən ən gözəl amildir”.

Şərhlər

XƏBƏR LENTİ