SON DƏQİQƏ
XalqXeber.Az » İdman » “Qarabağ” azarkeşlərinə müraciət etdi

“Qarabağ” azarkeşlərinə müraciət etdi

Tarix:

19-09-2017, 09:07

/ 34 280 dəfə oxundu.
“Qarabağ” azarkeşlərinə müraciət etdi

“Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacağı İtaliyanın “Roma” klubu ilə ev oyununu canlı izləməyə hazırlaşan azarkeşlərinə müraciət edib.

Müraciət bilet satışı ilə əlaqədardır.

“Əziz azarkeşlər! Bu gündən etibarən, “Qarabağ” – “Roma” matçına vauçerinizi biletə dəyişə bilərsiniz.

Vauçer biletə dəyişilən zaman, vauçerdə qeyd olunan şəxsiyyət vəsiqəsi mütləq təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet əldə etmək mümkündür. Stadiona daxil olarkən, şəxsiyyət vəsiqənizi və sizə məxsus bileti gətirməyi unutmayın”.

Şərhlər

XƏBƏR LENTİ