SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Nazirlik pula görə boksçuları klubdan qovdu - Qalmaqal

Nazirlik pula görə boksçuları klubdan qovdu - Qalmaqal

Tarix:

15-09-2017, 16:51

/ 104 496 dəfə oxundu.
Nazirlik pula görə boksçuları klubdan qovdu - Qalmaqal

Xəbər verdiyimiz kimi, boksçularımızı üzvü olduqları "Rabitə" Boks İdman Klubundan qovublar. İdmançıların kluba yaxın dura bilməməsinin səbəbi pul məsələsi imiş.
Boksçuların valideynlərinin unikal.org-a bildirdiyinə görə, nazirlik yüksək icarə haqqı tələb edib. Klubun rəhbərliyi isə bu pulu ödəyə bilmədiyi üçün idmançılarla sağollaşmalı olub.
Valedeynlər həmçinin bildiriblər ki, belə bir şəraiti olan klubun bağlanması mənfi haldır:
"Övlalarımızın yarışlarını izləmək üçün bizə rahat şərait yaradılmışdı. Bundan əlavə rəhbərlik 30-a yaxın idmançının evindən zala gətirilməsi üçün maşın belə tutmuşdu”.
Qeyd edək ki, klub Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bağlıdır. Adıçəkilən klubda Teymur Məmmədov, Fuad Aslanov (olimpiya mukafatçıları), Ruslan Rüstəmov (Yeniyetmə və Gənclər arasında Avropa çempionu), Bəxtiyar Qazibekov (yeniyetmələr arasında Avropa çempionu) və Məsud Yusifzadə (gənclər arasında Avropa və dünya mükafatçısı) kimi idmançılar yetişib.

Şərhlər

XƏBƏR LENTİ