yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycan klubuna yeni prezident və fəxri prezident təyin edilib

Azərbaycan klubuna yeni prezident və fəxri prezident təyin edilib
14-09-2017, 16:10 104 846 dəfə baxılıb

Hazırda Azərbaycan Premyer Liqasında turnir cədvəlinin zirvəsində olan "Zirə"yə fəxri prezident və prezident təyin olunub.Bu barədə klub tərəfindən məlumat verilib. Klub məsələ ilə bağlı bəyanat da yayıb:

"Məlum olduğu kimi, 2014-cü ildə təsis edilmiş "Zirə” Peşəakar Futbol Klubu qısa zamanda futbol ictimaiyyəti və azarkeşlərin etimadını doğrultmuş, onların rəğbətini qazana bilib.

Əldə edilmiş nailiyyətlərin qorunması, daha böyük uğurların qazanılması, eləcə də, Azərbaycan futbolunun inkişafına davamlı töhfə vermək kimi hədəflər hazırkı mərhələdə klubun daha da yüksək peşəkarlıq prinsipləri əsasında idarə olunmasını zəruri edir.

Bu məqsədlə aparılan klubdaxili məsləhətləşmələrin nəticəsi olaraq, Orxan Məmmədov "Zirə” PFK-nın fəxri prezidenti seçilib. "Zirə” PFK-nun yaradılmasının əsas təşəbbüskarı olmuş O. Məmmədov klubun əldə etdiyi uğurlarda böyük rola malikdir.

Buna qədər icraçı direktor vəzifəsində çalışan Natiq İsmayılov "Zirə” PFK-nın prezidenti təyin olunub. İcraçı direktor vəzifəsini isə bundan sonra Cahangir Məmmədov yerinə yetirəcək".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: teyin, fexri, prezident, edilib, ve, prezident, klubuna, Azerbaycan, yeni
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ