yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

AFFA-nın bilet qanunsuzluğu – FOTO

AFFA-nın bilet qanunsuzluğu – FOTO
13-09-2017, 16:28 52 679 dəfə baxılıb
yüklənir...

AFFA Azərbaycan millisinin oyunlarına satdığı biletlərdə ciddi nöqsana yol verir. Həmin biletlərdə qanunsuzluq var.
Məsələ burasındadı ki, AFFA ciddi hesabat blankı sayılan biletləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2005-ci il 22 dekabr tarixli əmri ilə çap edir. Bu isə artıq qüvvədən düşüb və 2016-cı il aprelin 4-də nazirliyin yeni qərarı qüvvəyə minib. Hazırda bütün biletlər məhz həmin qərara uyğun çap olunmalıdı. AFFA-nın qüvvədən düşmüş əmri əsas götürməsi isə qanunsuzluqdu.
Burda formanın dəyişdirilib-dəyişdirilməməsindən söhbət getmir. Əgər biletin çap forması ötən il qəbul edilən qərarda 2005-ci il əmrində olduğu kimi saxlanılıbsa belə, üzərində yeni qərarın adı qeyd olunmalıdı, qüvvədən düşmüş əmrin yox.
Kiçik araşdırma apardıq və məlum oldu ki, həm klubların oyunları, həm də bu il Bakıda təşkil edilən İslam Oyunlarının biletlərinin üzərində hazırda qüvvədə olan qərar əks etdirilib. AFFA isə hətta millinin DÇ – 2018-in seçmə mərhələsində San-Marinoya qarşı oyunu üçün satdığı biletlərin üzərində də qüvvədən düşmüş əmri qeyd edib.
Biletlərin yeni qərara uyğun çap edilməməsinin qanunsuzluq olduğunu Maliyyə Nazirliyi də təsdiqlədi. Bildirdilər ki, birbaşa qanun pozuntusudu və cərimə tətbiq edilir. Cərimələri Vergilər Nazirliyi tənzimləyir. Vergilər Nazirliyindən aldığımız məlumata görə, həqiqətən də buna görə cərimə nəzərdə tutulub. Məbləğ açıqlanmasa da, hər dəfə cərimənin miqdarının artdığını söylədilər.
AFFA isə artıq neçənci dəfədi ki, ya məlumatsızlıqdan, ya da bilərəkdən eyni qanunsuzluğa yol verir.
Yazdıqlarımızın sübutu olan fotoları təqdim edirik.
“FutbolPress”
AFFA-nın bilet qanunsuzluğu – FOTO
AFFA-nın bilet qanunsuzluğu – FOTO
AFFA-nın bilet qanunsuzluğu – FOTO


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: FOTO, AFFA nin, qanunsuzlugu, bilet
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ