yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“İlham Əliyev bizə gözəl jest etdi” - “Qarabağ”ın polşalı futbolçusu

“İlham Əliyev bizə gözəl jest etdi” - “Qarabağ”ın polşalı futbolçusu
12-09-2017, 10:45 34 617 dəfə baxılıb
yüklənir...

"Qarabağ"ın müdafiəçisi Yakub Jezniçal Çempionlar Liqasında "Çelsi" ilə vacib oyunöncəsi ölkəsinin mətbuatına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- "Qarabağ"ın vəziyyətini bir il əvvəlki "Legiya" ilə müqayisə edə bilərsiniz?

- "Qarabağ"ın qrupdakı vəziyyəti daha çətindir. "Legiya"nın qrupunda "Sportinq" var idi. Amma indi biz "Çelsi", "Roma" və "Atletiko"ya qarşı oynayacağıq. Hər 3 klub Avropa nəhəngidir. Kağız üzərində bu komandalara qarşı heç bir şansımız yoxdur. "Legiya" ötən mövsüm heç bir şeyin imkansız olmadığnı göstərmişdi. "Qarabağ" bugünə qədər böyük məqsədlərə nail olub. Çempionlar Liqasına çıxıb tarix yazmışıq. Qrupdakı qələbə və ya heç-heçə isə bonus olacaq.

- “Çelsi”dən qorxmursunuz?

- Biz heç bir rəqibdən qorxmuruq. Baş məşqçimiz də komandadan cəsarətli oynamağı tələb edir. Çünki itiriləcək heç nəyimiz yoxdur. Hər bir futbolçu Çempionlar Liqasını xəyal edir. Hazırda məqsədimiz burada lazımı qədər rəqabət toplamaqdır. Müsbət enerji ilə meydana çıxıb oynayacağıq.

- Bir az işiniz çətin olacaq. Alvaro Morataya qarşı oynaya biləcəksiz?

- Mən oyunda Alvaro Mortaya qarşı oynayacam. O mənə “Real”la oyunlardan çox yaxşı tanışdır. Mən onu tanıdığım üçün sakit olacam. ÇL-də “Legiya” ilə 20 qol buraxdıq, amma özümü heç zaman aşağı hiss etmədim. “Borussiya”ya qarşı 4:8 uduzduğumuz oyun da bir təcrübə idi.

- “Legiya”nın əlil azarkeşlərinin Londona aparılması fikri kimdən gəldi?

- Bu mənim fikrim idi. “Legiya” “Şerif”ə uduzduqdan sonra düşündüm ki, azarkeşlərimizi İngiltərəyə aparım. Klub prezidenti Lastnoqorski və Vandzel ilə birlikdə bu işin maliyyə tərəflərini üzərimizə götürdük. Yenidən bu cür tədbirlər həyata keçirəcəm. Avraam Qranta da təşəkkür edirəm. O, mənə 10 nəfər seçməkdə kpmək etdi və digər 5 nəfəri isə klub seçdi. Bu son olmayacaq. Mən həmişə “Legiya” azarkeşlərinin yanında olacam. Əlil azarkeşlərin stadiona yerləşdirilməsində “Çelsi” işçiləri mənə kömək edəcəklər. Onlar mənə söz verdilər.

- Çempionlar Liqasının qrup mərhələsinə adlamaqla böyük mükafatlar aldınız?

- Puldan söhbət gedirsə, “Legiya”dakından azdır. Polşada bir söz var ki, “mən kassa üçün işləmirəm”. Mənim əmək haqqımda Varşavadakı ilə müqayisə edilə bilər. Lakin bütün bu illərdən sonra dəyişiklik lazım idi. “Legiya” mənimlə müqavilə olmasına baxmayaraq azad agent kimi gəlməyimə icazə Verdi. Perspektiv olaraq yaxşı qərar verdiyimə şahidlik edə bilərsiniz. İki ay öncə kimsə mənə yenidən ÇL-in qrup mərhələsində oynayacağımı desəydilər. inanmazdım. Mən qısa müddət burda olsam da, əla xatirələrim var. Çempionlar Liqasında “Kopenhagen”ə qalib gəldikdən sonra dostlar mənə dedilər ki, Bakıda bizi anşlaq gözləyir. Azərbaycanda bunun sevincinin necə qeyd edildiyini görüncə təəccübləndim. İnsanlar avtomobillərlə, bayraqlarla şəhərdə bayram ab-havası yaratmışdılar. Hava limanında Bakıya düşdükdən sonra azarkeşlərin hücumuna uğradım. Onlarla birlikdə rəqs edib, təzahüratlar dedik.

- Azərbaycan prezidenti ilə də görüşünüz olub…

- Bəli, çox gözəl idi. Maraqlıdır ki, İlham Əliyev bizim hamımzı haqqında nələrisə bilirdi. Tək-tək hamımıza necə oynadığımızı dedi. O, mənimlə söhbət edəndə Polşaya son səfərindən danışdı. Sonra oxudum ki, bizim üçün 2 milyon mükafat ayırıb. Bu da çox gözəl jest idi.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: etdi, bize, lham, jest, , polshali, Eliyev, futbolchusu, Qarabagin, gozel
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ