SON DƏQİQƏ
XalqXeber.Az » İdman » “Dişimizlə, dırnağımızla mübarizə aparacağıq” - Qurban Qurbanov

“Dişimizlə, dırnağımızla mübarizə aparacağıq” - Qurban Qurbanov

Tarix:

11-09-2017, 11:14

/ 41 891 dəfə oxundu.
“Dişimizlə, dırnağımızla mübarizə aparacağıq” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”yə qarşı keçirəcəkləri oyundan öncə Frans-Press Agentliyinə danışıb.

O, qitənin ən nüfuzlu klub turnirində düşdükləri qrup haqqında fikirlərini bildirib:

"Uzun müddətir ki, ÇL-də oynamaq istəyirdik. Bu komandamızın arzusu idi. İngiltərə, İspaniya və İtaliya klubları ilə düşdükdən sonra qitənin ən nüfuzlu turnirində çıxış etdiyini hiss edirsən. Bu bizim üçün böyük sevincdir. Qrupumuzdakı rəqiblər çox güclü və təcrübəli komandalardır. Lakin döyüşə başlamamış təslim olmayacağıq. Hər qrup matçında dişimizlə, dırnağımızla mübarizə aparacağıq. ÇL-də Londondan başlayırıq. "Stemford Bri" çox sərt və vacib matçdır. Orada şərəflə çıxış etməyə çalışacağıq".

Şərhlər

XƏBƏR LENTİ