yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

İntihar həddində olan idmançımız prezidentə müraciət edir

İntihar həddində olan idmançımız prezidentə müraciət edir
30-08-2017, 12:39 138 313 dəfə baxılıb
yüklənir...

Avqustun 11-də Azərbaycanın uşu-sanda millisinin sabiq üzvü Emin İsmayılovun Gənclər və İdman Nazirliyinin önündə təkbaşına etiraz aksiyası keçirtdiyini xəbər vermişdik.
Məlumata görə, o, müalicəsi üçün dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, İsmayılova müsbət cavab verilməyib. Nəticədə, biganəlikdən bezən idmançı, etiraz olaraq özünü yandırmaq istəyib. Lakin son anda polis əməkdaşları Eminin özünə qəsdinin qarşısını alıblar.
Hadisədən 19 gün keçməsinə baxmayaraq, Emin İsmayılovla maraqlanan yoxdur. Məsələ ilə bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə danışmaq istəsək də, o, imtina etdi:
“Bu barədə dəfələrlə açıqlama vermişəm. Səmimi deyirəm, bu mövzu ilə bağlı danışmağımın heç bir mənası yoxdur. Üzrlü sayın”, deyə nazirliyin sözcüsü əməkdaşımızla söhbətində bildirib.
İş burasındadır ki, Emin 2014-cü ildə İtaliyada keçirilən dünya çempionatında zədələnib, Bakıya qayıdarkən müalicəsi üçün nazirliyə müraciət edib. Lakin Azad Rəhimovun nazir olduğu qurumdan ona sadəcə, həkim məsləhəti üçün imkan yaradılıb. İdmançının müalicəsi isə baş tutmayıb. Bunu İsmayılov da saytımıza açıqlamasında təsdiqləyib:
“Məni o vaxt çağırıb, həkimlərin konsultasiyasının nəticəsini verdilər. Sadəcə, həkimlərin məsləhətini eşitdim. Müalicəni isə təsdiqləmədilər. Belə çıxır ki, mənim hesabıma həkimlər də qazanıb. Sözlərindən belə çıxdı ki, get nə istəyirsən elə”.
Qeyd edək ki, Emin İsmayılov saytımıza açıqlamasında son ümid yeri olaraq, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edəcəyini bildirib.

Yenicag.az
İntihar həddində olan idmançımız prezidentə müraciət edir
İntihar həddində olan idmançımız prezidentə müraciət edir


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: idmanchimiz, olan, prezidente, ntihar, muraciet, edir, heddinde
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ