SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Qurbanovdan püşkə münasibət - “Bizi maraqlı qarşılaşmalar gözləyir”

Qurbanovdan püşkə münasibət - “Bizi maraqlı qarşılaşmalar gözləyir”

Tarix:

25-08-2017, 10:55

/ 93 006 dəfə oxundu.
Qurbanovdan püşkə münasibət - “Bizi maraqlı qarşılaşmalar gözləyir”

Ölkəmizi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək Ağdam klubunun qrupdakı rəqibləri müəyyənləşib. Azərbaycan çempionu “Çelsi”, “Atletiko” və “Roma” ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Klubun rəsmi saytına açıqlama verən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov püşkü dəyərləndirib: “Azarkeşlər və bizim üçün bu turnir bir təcrübə olacaq. Hər üç komanda ilə bizi maraqlı qarşılaşmalar gözləyir. Rəqiblərimiz ən güclü çempionatların təmsilçiləridi. Bu turnirdə təcrübə qazanıb, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Şərhlər

XƏBƏR LENTİ