yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Qarabağ" rəqibləri müəyyənləşdi: kimlər gəlir? (SİYAHI)

25-08-2017, 09:16 90 499 dəfə baxılıb

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. İlk dəfə bir Azərbaycan klubu bu mərhələnin püşkatmasında iştirak edib.

Belə ki, bu gecə "Qarabağ"ın da qrupdakı rəqibləri müəyyənləşib. Azərbaycan çempionu turnirin II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" və III təsnifat mərhələsində Moldovanın "Şerif" klublarını mübarizədən kənarlaşdırdıqdan sonra "play-off"da Danimarka "Kopenhagen"inindən üstün olub. Bakıdakı ilk matçda (1:0) qələbə qazanan "Qarabağ" cavab görüşündə uduzsa da (1:2), səfər qolu sayəsində qrupa vəsiqə qazanıb.

"Qarabağ" C qrupuna düşüb. Azərbaycan çempionu bu mərhələdə İngiltərənin "Çelsi", İspaniyanın "Atletiko" və İtaliyanı n "Roma" klubları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında əsas komandanın rəqibləri ilə qarşılaşacaq.

Çempionlar Liqası

Qrup mərhələsi

A qrupu

Benfika (Portuqaliya)

Mançester Yunayted (İngiltərə)

Bazel (İsveçrə)

ÇSKA (Moskva, Rusiya)

B qrupu

Bavariya (Almaniya)

PSJ (Fransa)

Anderlext (Belçika)

Seltik (Şotlandiya)

C qrupu

Çelsi (İngiltərə)

Atletiko (İspaniya)

Roma (İtaliya)

Qarabağ (Azərbaycan)

D qrupu

Yuventus (İtaliya)

Barselona (İspaniya)

Olimpiakos (Yunanıstan)

Sportinq (Portuqaliya)

E qrupu

Spartak (Moskva, Rusiya)

Sevilya (İspaniya)

Liverpul (İngiltərə)

Maribor (Sloveniya)

F qrupu

Şaxtyor (Ukrayna)

Mançester Siti (İngiltərə)

Napoli (İtaliya)

Feyenord (Hollandiya)

G qrupu

Monako (Fransa)

Portu (Portuqaliya)

Beşiktaş (Türkiyə)

Leypsiq (Almaniya)

H qrupu

Real (İspaniya)

Borussiya (Dortmund, Almaniya)

Tottenhem (İngiltərə)

APOEL (Kipr)


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: mueyyenleshdi, reqibleri, gelir, Qarabag, SYAH, kimler
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ