yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri məlum olacaq - Bu gün

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri məlum olacaq - Bu gün
24-08-2017, 09:45 60 138 dəfə baxılıb

Bu gün Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Beləliklə Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri məlum olacaq.

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub. Qurban Qurbanovun komandası Çempionlar Liqasının pley-off mərhələsində səfərdə Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşıb. Matç “Kopenhagen”-in 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsi bərabər olsa da, rəqib meydanda vurulan top hesabına “Qarabağ” növbəti mərhələyə adlayıb. Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandaların yer alacağı səbətlər bəlli olub. Azərbaycan çempionu APOEL, MOİK və “Sportinq”-lə yanaşı IV səbətdə yer alıb.

Monakoda baş tutan püşkatmada 32 komanda 8 qrupa bölünəcək. Qrup turnirində 1-ci və 2-ci yeri tutmuş komandalar növbəti mərhələyə çıxır. 3-cü yerdə qərarlaşan komanda isə UEFA Avropa Liqasının 1/16 final mərhələsinə daxil olur.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Bu, olacaq, merhelesindeki, reqibleri, melum, , gun, Chempionlar, Liqasinin, Qarabagin, qrup
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ