yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Deputat xaricdəki azərbaycanlılara səsləndi — "Qarabağ" üçün

Deputat xaricdəki azərbaycanlılara səsləndi —
17-08-2017, 10:16 114 059 dəfə baxılıb

“İki gün öncə “Qarabağ”ın “Kopenhagen” üzərində qələbə qazanması xalqımızın yaddaşından uzun müddət getməyəcək”.

Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev klubumuzun uğurundan danışarkən bildirib. O, əlavə edib:

“Bu gün “Qarabağ” xalqımızın sevimli klubuna çevrilib. Hər kəs “Qarabağ”la fəxr edir. Azarkeşlərin güclü dəstəyi “Qarabağ”ın oyunlarda qələbə qazanmasına böyük stimul yaradır.

23 avqustda “Qarabağ”ı çətin sınaq gözləyir. İnanıram ki, “Qarabağ” qələbə qazanıb Çempionlar Liqasının qrup mərhələsinə düşüb dünyanın nüfuzlu klublarını ölkəmizə gətirəcək. Cavab oyunu Kopenhagendə olduğu üçün Azərbaycan icmasının üzərinə böyük məsuliyyət qoyur. Xaricdə yaşayan soydaşlarımız “Qarabağ”ı tək qoymamalıdırlar. Komandanın onların dəstəyinə böyük ehtiyacı var.

Baş məşqçi Qurban Qurbanov başda olmaqla, komandaya uğurlar arzulayıram”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Deputat, xaricdeki, uchun, seslendi, azerbaycanlilara, Qarabag
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ