yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycanda daha bir federasiya çətin durumda

Azərbaycanda daha bir federasiya çətin durumda
16-08-2017, 13:45 59 428 dəfə baxılıb

Son illərdə Azərbaycanda məşhurlaşan idmanın karate növü Azərbaycan Beynəlxalq Bankın sponsorluqdan imtina etməsindən sonra çətin vəziyyətə düşüb. Əldə etdiyimiz məlumata görə, idmançılar 1 ilə yaxındır ki, maaş üzünə həsrətdirlər.

Azərbaycan Karate Federasiyasının rəhbərliyi maliyyə məsələsində də çətinliyə düşüb. Karateçilərimiz Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) ümidinə qalsa da, maddi yardım ayrılmır. AGİN-in karateçilərimizə diqqət ayırmaması hətta onların məşq etməsinə də mane olur. Beynəlxalq Bankın sponsorluq etdiyi zamanlarda “İnter Arena”da hazırlıq keçən komanda artıq buradan da məhrum olub. Arenanın sahibləri icarə haqqını vermədiyi üçün karateçilərimizin orada məşq etməsini qadağan edib.

Nazirlik federasiyaya sponsor tapacağını bildirsə də, bu məsələyə də diqqət ayırmır. Hətta karateçilərimizin əksəriyyəti fərdi şəkildə məşq edir. Bəziləri isə yalnız xarici ölkələrdə keçdikləri seminarlardan pul alırlar. Kim bu seminarlara gedə bilirsə, müəyyən məvacib əldə edir. Əksəriyyət belə seminarlara qatılmağa da imkan tapmırlar.

Maliyyə çətinlikləri üzündən hətta komanda bir ara da məşqçisiz qalmışdı. Rəhman Hətəmov həm federasiyanın vitse-prezidenti idi, həm də komandaya baş məşqçilik edirdi. Hazırda çətin vəziyyətdə olan idmançılar bu durumdan çıxmaq üçün yollar axtarırlar.

Qeyd edək ki, karate 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.

“Qafqazinfo”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: bir, durumda, daha, chetin, federasiya, Azerbaycanda
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ