yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Heydərov istefa verdi - “Kərtənkələlər öz zəhərlərini balalarımza verirdi”

Heydərov istefa verdi - “Kərtənkələlər öz zəhərlərini balalarımza verirdi”
15-08-2017, 16:51 75 405 dəfə baxılıb
yüklənir...

Azərbaycan Ağır Atletika millisinin baş məşqçisi Tofiq Heydərov vəzifəsindən istefa verib. O, bu barədə “feysbuk” hesabından paylaşım edib.

Heydərov bunu millidə olan dopinq problemlərinə görə atdığını bildirib:

“Hamıya məlumdur ki, mən və təsis etdiyim şirkətlər ağır atletika idman növünün inkişafına 20 ildir ki, dəstək olur. Bütün bu işlərin nəticəsi özünü Yay Olimpiya Oyunlarında göstərməli idi. Amma təəssüflər olsun ki, neçə illərdir çəkdiyimiz əziyyət süni maneələr yaradılaraq məhv edilir. Bu idman növündə dopinq “oyunu” bizi vurmaq üçün əla vasitə olub. 2010-cu ildə klublarımızın yeniyetmələri Avropa çempionatında və Yeniyetmələrin Olimpiya Oyunlarında medal qazanandan sonra bu çirkin əməllərə start verildi. Bu uğurlu çıxışlardan sonra 2011-ci ildə keçirilməli olan yeniyetmələrin dünya birinciliyindən ermənilər bizə görə imtina etdi. Həmən il Peruda keçirilən yarışda 5 medal qazanmaq şansımız var idi. Komandamız tarix yazacaqdı. İlk dopinq oyunu işə düşdü. Bunu idmanımızın içində olan xainlər etdi. Hansısa dərmanları öz məşqçilərimizin əli ilə uşaqlara verdilər və bizə zərbə vurdular. Bu oyunlar dəyişik üsullarla daimdavam edir.

4 il əvvəl artıq yaşlılar arasında dünya çempionatından sonra, 2016-cı ildə Rio Yay Olimpiya Oyunları öncəsi uğur qazanmaq imkanı olan idmançılarımız yenə buna qurban getdilər. Belə şeylərə görə iki dəfə bu idman növünü bağlamağa qərar vermişik. Son dəfə federasiyamızın prezidenti Cahangir Əsgərov bütün səlahiyyətləri klub rəhbərliyinə həvalə etdi ki, qarşısı alınsın. Bir ildir ki, dopinqlə mübarizə aparmaq üçün nə oyunlara əl atmadıq. Xeyri olmadı. Daxildəki satqınlar, kərtənkələlər öz zəhərlərini idmançılarımıza, balalarımıza verib bizi rüsvay etdilər. İslam Oyunlarında Anastasiya və Hafiz müəllimin kimlərləsə birgə qurduğu oyun mənim birdəfəlik bu idman növündən uzaqlaşmağıma səbəb oldu. Çünki mən həm idmançı və məşqçilərə, həm də IFW prezidenti başqa olmaqla rəhbərlərə söz vermişdim ki, komandamızda dopinq olsa, bu işin içində olmayacağam. Sapı özümüzdən olan baltalar bizi vurmağı bacardı”.

Federasiyadan isə bu məlumatı təsdiqləməyiblər. Bildiriblər ki, rəsmi olaraq heç bir şey yoxdur.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: zeherlerini, , oz, verirdi, Heyderov, Kertenkeleler, verdi, balalarimza, istefa
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ