yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycan futbolu üçün tarixi gün

Azərbaycan futbolu üçün tarixi gün
15-08-2017, 09:58 58 311 dəfə baxılıb

Bu gün Çempionlar Liqasında "play-off" mərhələsinə start veriləcək.Bu mərhələyə vəsiqə qazanmış ilk Azərbaycan klubu olan "Qarabağ" mübarizəyə evdə start verəcək.

Təmsilçimizin rəqibi Danimarkanın adlı-sanlı "Kopenhagen" klubu olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20.00-da başlayacaq. Görüşü italiyalı FIFA referisi Paolo Taqliavento idarə edəcək.

"Qarabağ" daha bir tarix yazıb Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olmaq istəyir. Qurban Qurbanovun yetirmələri bunun üçün evdəki matçda sərfəli nəticə qazanmağa çalışacaq.

Qeyd edək ki, "Kopenhagen" 12 dəfə Danimarka Super Liqasının qızıl, 6 dəfə gümüş medallarını qazanıb, 8 dəfə ölkə kubokuna, 3 dəf Super Kubokuna sahib çıxıb.

Onu da qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 23-də Kopenhagendə keçiriləcək.

Çempionlar Liqası

"Play-off" mərhələsi

İlk oyun

15 avqust

20.00 Qarabağ (Azərbaycan) - Kopenhagen (Danimarka)

Hakimlər: Paolo Taqliavento, Alessandro Qiallatini, Alessandro Kostanza, Filippo Meli (İtaliya).

Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato (İtaliya).

Hakim-inspektor: Frits Stuçlik (Avstriya).

UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: uchun, futbolu, Azerbaycan, gun, tarixi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ